Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Qaziler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 16:00-a olan məlumatında qeyd edilib.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.



