Paytaxt Bakımız Yeni ilə hazırlaşır. Küçə və prospektlər yavaş-yavaş donunu dəyişir. Parklar bayram libasını geyinir. Yeni il yolkaları qurulur.
Mağazaların vitrinləri bayramı əks etdirən bəzək əşyaları ilə bəzədilir.Axşamlar Bakı küçələrini gəzdikçə bayramı bizlərə yaxınlaşdıran ab-havanı hiss etməyə başlayırsan. Bir-birindən al-əlvan işıqlar göz oxşayır, bizi nağıllar aləminə aparır.

Trend Bakının Yenil il libasının foto görüntülərini təqdim edir.


