“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabı təqdim edildi

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabı təqdim edildi backend

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev və Azərbaycanın Mili qəhrəmanları-Müqəddəs amal” kitabının təqdimat mərasimi keçirilib. QAZİLER.AZ-ın məlumatına görə, “Ərgünəş” nəşriyyatında çap olunmuş kitabda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Milli Qəhrəman ailələri və yaşayan Milli Qəhrəmanlarla görüşlərində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir. Bu nəşrdə toplanan oçerklərdə 211 nəfər Milli Qəhrəmanın həyat və döyüş yollarından söhbət açılır.

Təqdimat mərasimini giriş sözü ilə “Heydər Əliyev və Azərbaycanın Mili qəhrəmanları-Müqəddəs amal” kitabının redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq kitabın məziyyətlərindən danışıb, gənc nəslin milli ruhda, əsil vətənpərvər kimi tərbiyə edilməsində xalqımızın qəhrəman oğullarının Milli Qəhrəmanların təbliğində böyük rol oynayacağını qeyd edib.



Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki Sahil” qəzetininin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə və digərləri çıxış edərək Prezident İlham Əliyevin həmişə Azərbaycanın Milli Qəhrəman və şəhid ailələrinə, döyüşdə şücaət göstərmiş igid əsgər və zabitlərə qayğı göstərdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, ölkə başçısının rəhbərliyi altında Azərbaycanın iqtisadi və siyasi qüdrətinin möhkəmləndirilməsi, ordu quruculuğuna xüsusi diqqət dövlətimizin getdikcə daha qüdrətli bir dövlətə çevrilməsində, vətəndaşların, torpaqlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır.



Qeyd edək ki, "Heydər Əliyev və Azərbaycanın Mili qəhrəmanları-Müqəddəs amal” kitabının müəllifi yazıçı-publisist Oqtay Əliyev və Milli Qəhrəmanları tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasovdur.