Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti açıqlandı

Ağstafada xəsarət yetirilən məktəblinin  vəziyyəti açıqlandı backend

Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir.

Qaziler.az xəbər verir ki, bu barədə Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.

Qeyd edilib ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır"

TƏBİB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2012-ci il təvəllüdlü oğlan Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Report.az