Bu yolda torpaq sürüşməsi yenidən aktivləşib - FOTO

Bu yolda torpaq sürüşməsi yenidən aktivləşib - FOTO backend

Lənkəran rayonu ərazisindəki Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, rayonun dağlıq və dağətəyi ərazisində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.

Nəticədə bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edən həmin yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilib.