Sumqayıtda avtomobil aşıb, ölən var - FOTO

Sumqayıtda avtomobil aşıb, ölən var - FOTO backend

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Qaziler.az "Report"a istinadla xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü, Gülməmmədov Zahid Qurban oğlu hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.