Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev işdən ayrılıb.
Trend xəbər verir ki, o, bu barədə özünün "Facebook" hesabında məlumat paylaşıb.
Pərviz Hacıyev öz ərizəsi ilə işdən çıxdığını bildirib.
O, bunu Avropa Uroloji Cəmiyyətinin komitəsinə üzv seçilməsi səbəbindən araşdırmalara daha çox vaxt ayırmalı olması ilə əsaslandırıb.



