Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarladı

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarladı backend

"Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkarlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, Agentlik mağazalar şəbəkəsinin sahibi olan "ABC-Telecom" MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sıra pozuntular aşkar edib. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 7.1.4-cü maddələrinə əsasən, müəssisənin reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi halları müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, “ABC-Telecom” şirkəti Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirir.

Onu da əlavə edək ki, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 2 120 540,52 manat vergi borcu mövcuddur.