Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının (TGV) birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının və Milli QHT Forumunun dəstəyi ilə dekabrın 18-19-da Quba rayonunda "V Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı" keçiriləcək.
ATXƏM-dən Olaylar-a bildirilib ki, konfransda Türkiyədən gəlmiş 40-a yaxın alim və həkimlərlə yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan həkimlər də iştirak edəcəklər.
Qeyd edək ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə Naxçıvanda, 2014-cü ildə isə Qarabağ bölgəsində Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfrans həyata keçirib.
"V Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı"nın Azərbaycanın şimal bölgəsində keçirilməsi region həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmaları üçün şans yaratmaqla bərabər, gələn nüfuzlu qonaqların Respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, Qubada aşkarlanmış kütləvi soyqırım məzarlığının tanıdılması baxımından da əhəmiyyətli olacaq.