TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı

TƏBİB sədri 5 müşaviri və departament rəhbərini  işdən çıxardı backend

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq Əmri ilə müşavirləri -  Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Hələ ki onların yerinə təyinat yoxdur.

Qaziler.az "manşet.az"a istinadla xəbər verir ki, direktorun digər Əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.