Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi backend

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 10 may tarixində Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Qaziler.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilib.

Həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.

Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.