Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir:
“Zati-aliləri,“Günəşli” neft yatağındakı platformada dəhşətli yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına Latviya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Bizim ürəklərimiz həlak olan insanların ailələri ilə birlikdədir və xəsarət alanların tez bir zamanda sağalmasını arzu edirik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.