Azərbaycandan milyardlıq müqavilə

Azərbaycandan milyardlıq müqavilə backend

Azərbaycan Amerika Birləşmiş Ştatlarının Boeing şirkətindən daha 3 yeni yük təyyarəsi alacaq. Bununla bağlı şirkətin nümayəndələri ilə müqavilə imzalanıb. 3 ədəd Boinq 747-8F yük təyyarələrini Azərbaycanın Silk Vey Qrup şirkəti öz təyyarə parkına daxil edəcək.

İndiyədək şirkətin eyni modeldən 2 təyyarəsi olub. Bundan başqa 3 ədəd Boinq 747-400 hava gəmisi də istismar olunub. Beləliklə, yeni müqavilələrlə Boinq yük təyyarələrinin sayı 8-ə çatacaq.

İmzalanma mərasimində hər iki şirkətin rəhbərliyi ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanın da iştirak etməsi 1,1 milyardlıq bu anlaşmanın əhəmiyyətindən xəbər verirdi. Amerika tərəfi Azərbaycanın bir biznes tərəfdaşı kimi də Qafqazda vacib rolunu qeyd etdi.

Boeing şirkətinin vitse-prezidenti Marti Bentrot bildirib ki, şirkət Azərbaycanla 20 ildən artıqdır ki, əməkdaşlıq edirik: "Bu çox etibarlı və davamlı əməkdaşlıqdır. Gələcəkdə də bunu davam etdirmək niyyətindəyik"

Bu təyyarələrlə Silk Vey yükdaşıma istiqamətlərini genişləndirəcək.

747-8F Boinqin yük təyyarələri arasında öz imkanları ilə seçilir. Bu təyyarə əvvəlki 747-400-dən 16% çox, 146 ton yük götürə bilir. Eyni zamanda yükdaşıma xərclərini minimuma endirir. Razılaşmaya görə, yeni təyyarələrin ilki bu ilin avqustunda, qalan 2-si 2016-cı ildə Azərbaycana təhvil veriləcək.
loading...
Diaspora