Quba rayonunda 4 aylıq körpə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Rustov kəndində baş verib.
Kənd sakini Emil Adıgözəlovun 4 aylıq oğlu evdə qəfil halı pisləşib və dünyasını dəyişib.
Məlumata görə, körpə anadangəlmə ürək qüsurlu olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.



