Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib backend

Bu gün Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının iclası keçirilib.

Qaziler.az bildirir ki, toplantını giriş sözü ilə açan komissiya sədri, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu gündəlikdə dayanan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

MŞ İcraçı katibinin müavini İlqar Tağıyev qurumun maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabat ətrafında müzakirələrdə əsasən Mətbuat Şurasına üzvlük haqlarının ödənilməsi məsələsi üzərində dayanılıb, bununla bağlı problemlərin olduğu diqqətə çatdırılıb.

 

Ayrı-ayrı məsələlər barədə komissiya üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və qurumun katibi, CASCFEN sədri Nadir Azəri bir sıra səmərəliləşdirici təkliflərlə çıxış ediblər. Həmin təkliflər əsasında Katiblik qarşısında müvafiq tapşırıqlar müəyyənləşdirilib.