Bakıda boğazında qida qalan 2 yaşlı uşaq ölüb

Bakıda boğazında qida qalan 2 yaşlı uşaq ölüb backend

Bakıda 2 yaşlı körpə boğazında qida qalması nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü Bünyamin Əliyev boğazında qida qalması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.