Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş - VİDEO

Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş -  VİDEO backend

Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib.

Qaziler.az Trend.az-a istinadla xəbər verir ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.