Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişib.
Qaziler.az Oxu.az-a istinadla xəbər verir ki, mərkəzin qanuni təmsilçisi vəzifəsinə Elmar Novruz oğlu Əliyev təyin olunub.
Xatırladaq ki, "Xankəndi Tibb Mərkəzi" MMC 21 noyabr 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Xankəndi şəhərində dövlət qeydiyyatına alınıb.
Mərkəzin əvvəlki qanuni təmsilçisi Elvin Aydın oğlu Mahmudov olub.



