Xəzərdə yenidən zəlzələ oldu

Xəzərdə yenidən  zəlzələ oldu backend

Xəzər dənizində 3,8 maqnitudalı daha bir zəlzələ olub.

Qaziler.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.

Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər dənizində 3,1 və 3,2 maqnitudalı zəlzələlər qeydə alınıb.