AYNA-dan taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara REAKSİYA

AYNA-dan taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara  REAKSİYA backend

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər mediada taksi sahəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Agentlikdən Qaziler.az-a bildirilib ki, Nazirlər Kabinetinin 7 aprel tarixli, 210 nömrəli Sərəncamı taksi fəaliyyətini əhatə etmir.

Qeyd edilib ki, sözügedən sənəd və ondan irəli gələn məsələlər yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir. Sərəncamda nəzərdə tutulan və iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunacaq təkliflər məhz qeyri-müntəzəm daşımalarla bağlı texniki göstəriciləri, eləcə də daxili və xarici tərtibata dair tələbləri müəyyən edəcək.

AYNA sifarişli sərnişindaşıma fəaliyyətinə daxil olan sahələri belə qruplaşdırıb:

- Turist daşımaları;

- Rayonlararası sifarişli daşıma həyata keçirən avtobus və mikroavtobuslar;

- Korporativ servis xidmətləri;

- Özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələri.

AYNA-dan bildirilib ki, bu yanaşma eyni zamanda yükdaşıma fəaliyyətinə də şamil edilir. Beləliklə, yeni qaydalar və tələblər gündəlik taksi fəaliyyəti ilə məşğul olan şəxslərə deyil, yuxarıda qeyd olunan xüsusi sifarişli xidmətlərə tətbiq olunacaq.