Dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə qar yağacaq -  XƏBƏRDARLIQ backend

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib.

Qaziler.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.