Redaktor.az saytının 7 yaşı tamam olur

Redaktor.az saytının 7 yaşı tamam olur backend

Redaktor.az saytının 7 yaşı tamam olur. 

Sayt 2019-cu il, aprelin 10-da yaradılıb. 

"Bu gün Redaktor.az üçün sadəcə bir tarix deyil – bu, zəhmətin, prinsipiallığın və etimadın 7 illik yoludur.

2019-cu il aprelin 10-da başlanan bu yol qısa müddət ərzində böyük bir media platformasına çevrilib. Hər gün hazırlanan xəbərlər, aparılan araşdırmalar, təqdim olunan təhlillər bu yolun ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində Redaktor.az təkcə informasiya ötürən platforma deyil, həm də cəmiyyətin nəbzini tutan, hadisələrə obyektiv və peşəkar yanaşan bir söz məkanı kimi formalaşıb".

Qaziler.az xəbər verir ki, bu barədə saytın baş redaktoru Aqil Aslan bildirib.

Baş redaktorun sözlərinə görə, "7 il ərzində dəyişən çox şey olsa da, dəyişməyən prinsiplərimiz var: qərəzsizlik, obyektivlik və operativlik. Bu yol davam edir – daha böyük hədəflərlə və daha güclü addımlarla".

Biz də Qaziler.az kollektivi olaraq Redaktor.az saytının təsisçisi, təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik, yazıçı-publisist Seymur Şeydayevi, baş redaktor Aqil Aslanı və saytın əməkdaşları olan həmkarlarımızı təbrik edir, onlara uğur arzulayırıq. 

Qələminiz iti, sözünüz kəsərli olsun!

QAZİLER,AZ