Qalib Qasımov vəzifəsindən ayrıldı

Qalib Qasımov vəzifəsindən  ayrıldı backend

Qərbi Azərbaycan İcması Aparatının rəhbəri Qalib Qasımov vəzifəsindən ayrılıb.

Qaziler.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd edilib ki, Qalib Qasımov bundan sonra da Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının və Basarkeçər İcmasının üzvü kimi ictimai fəaliyyətini davam etdirəcək.