Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı

Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı backend

Bakının Səbail rayonunda yerləşən restoranda dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Qaziler.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü L.Lazarev barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

İstintaq zamanı məlum olub ki, L.Lazarev restoranda nişanlısının Aydın (adlar şərtidir) adlı tanışı ilə dalaşıb.

Barəsində cinayət işi açılmış şəxs hadisəni belə təsvir edib:

"Özümü qismən təqsirli bilirəm. Nişanlım Svetlana ilə restoranda oturan zaman bizə mənim əvvəldən tanımadığım Aydın adlı şəxs yaxınlaşdı. Biz onunla tanış olduq. Bir az sonra məlum oldu ki, Aydın və nişanlım Svetlana əvvəllər tanış olublar. Söhbət əsnasında çox sərxoş olduğum üçün masanın üzərində yatıb qalmışam. Svetlananın səsinə oyandım və Aydının onu narahat etdiyini gördüm. Aydından masadan durub uzaqlaşmağını istədim, lakin o məni təhqir etdi. Bu zaman Aydının üzünə bir zərbə vurdum və zərbədən yıxıldı. Özümə gəldikdən sonra Svetlana ilə Aydını apararaq əl-üzünü yuduq".

Zərərçəkmiş şəxs bildirib ki, hadisə vaxtı burnundan xəsarət alıb.

Səbail Rayon Məhkəməsi L.Lazarevi xuliqanlıq əməlində təqsirli hesab edərək 3 min manat cərimə edib.