Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Bakıda 31 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb backend

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Qaziler.az xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq.