Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Qaziler.az Apa-ya istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, ümumilikdə 142 nəfər köçürülüb.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



