Sabah hava necə olacaq?

Sabah hava necə olacaq? backend

Aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10 dərəcədən 12 dərəcəyədək, gündüz 14 dərəcədən 18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10 dərəcədən 13 dərəcəyədək, gündüz 17 dərəcədən 22 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz 8 dərəcədən 13 dərəcəyədək olacaq.