Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində inşa edilən iki mərtəbəli yaşayış evinin sökülməsi ilə bağlı qərar verilib.
Trend-in məlumatına görə, artıq aidiyyəti qurumlar tərəfindən söküntü işlərinə start verilib.
Mütəxəssislərin fikrincə, gələcəkdə belə halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz tikilmiş bu evin təxirəsalınmaz şəkildə sökülməsi və kollektor xəttinin bərpası vacibdir.
Qeyd olunur ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının axıdılmasında problemlər yaranıb.



