-Axtarışda olan 388 nəfər sərhəddə tutulub

-Axtarışda olan 388 nəfər sərhəddə tutulub backend

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb. DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onlardan 23 nəfəri Azərbaycan, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10507 qutu siqaret, 61400 ABŞ valyutası, 18540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.