Krımda Rusiyanın Su-30 qırıcısı qəzaya uğrayıb

Krımda Rusiyanın Su-30 qırıcısı qəzaya uğrayıb backend

Krımda Rusiyanın Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Apa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün Moskva vaxtı ilə saat 11:00 radələrində Krım Respublikasında Su-30 təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə sursatsız uçub. Təyyarənin ekipajı katapult edib və yerüstü axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib. Pilotların həyatı üçün heç bir təhlükə yoxdur", deyə məlumatda qeyd olunub.