Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin tətbiqi ilə bağlı qərar qəbul edib.
Qaziler.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin 13 mart 2026-cı il tarixli fərmanının icrasını təmin etməyə yönəlib.
Sənədə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla birlikdə inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətinə malik vəzifəli şəxslərlə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bununla yanaşı, normativ hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflərin 5 ay müddətində hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur.



