Alim Qasımov Rasim Balayevin ölümündən yazdı

Alim Qasımov Rasim Balayevin ölümündən yazdı backend

Xalq artisti, xanəndə Alim Qasımov bu gün vəfat edən xalq artisti Rasim Balayevlə bağlı sosial şəbəkədə paylaşım edib.

Qazilər.az xəbər verir ki, o, böyük sənətkar, sadiq dost itirdiyini bildirib.

“Əziz Rasim Balayev, sən təkcə böyük sənətkar deyil, həm də sadiq dost, dəyərli insan idin. Sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur. Ruhun şad, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin”, - o qeyd edib.

Xatırladaq ki, Rasim Balayev bu gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.