“Heydər“ məscidinə rəhbər təyin olundu

“Heydər“ məscidinə rəhbər təyin olundu backend

Bir müddət əvvəl açılışı olan "Heydər" məscidinə rəhbər təyin olunub. Lent.az-ın islam.az-a istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

Hələlik məscidə axundlar təyin edilməsə də bir neçə axundun təyinatı gözlənilir. Əldə etdiyimiz digər məlumata görə, axundlar hər həftə biri olmaqla məsciddə ibadətlərə rəhbərlik edəcək.
Diaspora