Təmas xəttində monitorinq keçiriləcək

Təmas xəttində monitorinq keçiriləcək backend

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.