Bakıda yeniyetmə evdə ölü halda tapılıb.
Qaziler.az "lent.az"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini olan 17 yaşlı Qaməddin Niyaməddin oğlu Salmanovun meyiti yaşadığı evdə aşkarlanıb.
Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.



