Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Rayonlarda yağıntı intensivləşəcək, çaylarda sululuq artacaq -  XƏBƏRDARLIQ backend

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

 

Çaylarda sululuğun artacağı ehtimal olunur.