Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Apa xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
***
08:00
Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.
Apa xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.
Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.



