Şahbaz Quliyev: “Anamdan nigaranam“

Şahbaz Quliyev: “Anamdan nigaranam“ backend

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılardan ailələrinə məktub gətirib. ANS PRESS-in məlumatına görə, Şahbaz Quliyevin ailəsi məktubu bu gün alıb. Girovun bacısı İradə Quliyevanın sözlərinə görə, məktub bir həftəyə yaxındır ki göndərilsə də, o bir neçə saat olar ki, ailəyə çatdırılıb.

"Qardaşım yazır ki, vəziyyəti yaxşıdır. Ona isti paltar aparıblar, məktubda başqa heç nəyin ona çatdırılmasından danışmır. Bir də əsas anasını soruşur. Deyir ki, anam haqqında heç vaxt mənə yazmırsınız, ondan nigaranam", - deyə İradə xanım vurğuladı.

Müsahibəsi zamanı kövrələn bacı, qardaşının tezliklə qayıtmasını arzuladı. İradə xanım məktubda heç bir qaralamanın olmadığını dedi.