Bu gün Bakının 537 küçəsi yuyulub - FOTO

Bu gün Bakının 537 küçəsi yuyulub - FOTO backend

Martın 14-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə iməcilik keçirilib.

Şəhər icra hakimiyyətinin Mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektləri yuyulub, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Paytaxtdakı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.