Qarabağ əlili, 44 yaşlı Yuri Drobotov vəfat edib. Bu barədə Lent.az-a Drobotovun yaxın silahdaşları məlumat verib. Hər iki ayağını itirmiş döyüşçü o bu gün səhər saatlarında dünyası dəyişib.

Qeyd edək ki, Yuri Drobotov bir həftə əvvəl ağır insult diaqnozu ilə hospitala yerləşdirilib. O, Buzovnada Rasim İmanov küçəsindəki 36 saylı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə birgə yaşayırdı.