Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranması günü hər il 12 mart tarixində qeyd olunur. 1992-ci ilin 12 martında yaradılan qoşunlar ictimai asayişin qorunması və ölkənin ərazi bütövlüyünün müdafiəsində mühüm rol oynamışdır.
Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, ölkə daxilində Azərbaycanın müstəqilliyinə qarşı çıxan qüvvələrin fəallaşması bunu tələb edirdi. Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük rolu olmuşdur.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.
Azarbaycanın yaxın tarixində baş vermiş müharibələr va silahlı münaqişələr zamanı Daxili Qoşunların şəxsi heyəti də ağır itkilərlə üzləşmişdir. Bu itkilər arasinda şəhid olanlarla yanaşı itkin düşən hərbçilər də olmuşdur.
Xüsusilə, Birinci Qarabağ müharibəsi illərində Daxili Qoşunlarin əsgər va zabitləri cəbhə bölgələrində aktiv şəkildə iştirak etmiş, ölkənin arazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə böyük fədakarlıqlar göstərmişlər.
Bu döyüşlər zamanı yüzlərlə hərbçi şəhid olmuş, çox sayda əsgər yaralanmış, bəziləri isə itkin düşmüşdür. İtkin düşən hərbçilər döyüşlər zamani taleyi məlum olmayan, əsir götürülməsi va ya halak olması barədə malumat əldə olunmayan şəxslər nəzərdə tutulur. İtkin düşənlərin taleyi uzun illərdir həm dövlət qurumları, həm də ailələri üçün ağrılı va həssas məsələ olaraq qalır. Azərbaycanda əsir və itkin düşmüş vətəndaşların taleyinin araşdırılması ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğul olur. Bu qurum beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək itkin düşmüş səxslərin taleyinin müəyyənləşdirilməsi, mümkün məzar yerlərinin araşdırılması və ailələrə məlumat verilməsi istiqamətində fəaliyyət göstərir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Daxili Qoşunların 252 azərbaycanlı əsgər və zabiti itkin düşmüş kim axtarışdadır. Daxili Qoşunların itkin düşmüş əsgər və zabitlərindən, Ağdərə rayonu - 113 nəfər, Ağdam rayonu - 109 nəfər, Zəngilan rayonu - 10 nəfər, Laçın rayonu - 4 nəfər, Kəlbəcər rayonu - 3 nəfər, Tərtər rayonu - 1 nəfər, Xocavənd rayonu - 1 nəfər itkin düşmüş azərbaycanlının axtarışı davam etdirilir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun xalqımıza yaşatdığı qələbə sevinci, Qarabağ torpaqlarının işğaldan azad olunması nəticəsində aşkar olunan kütləvi məzarlıqlardan Daxili Qoşunların əsgər və zabitlərinə aid olan meyit qalıqları da aşkarlanaraq götürülmüş 17 nəfərin qalıqları eyniləşdirilərək ailəsinə təhvil verilmiş və dəfn mərasimləri həyata keçirilmişdir.
Daxili Qoşunların itkin düşmüş hərbçiləri Azarbaycan cəmiyyətində qahrəmanlq va fədakarlıq nümunəsi kimi xatırlanr. Dövlət tərəfindən də bu istiqamətdə araşdırmalar davam etdirilir va itkin düşənlərin xatirəsi daim hörmətlə yad olunur.
Nəticə etibarilə, Daxili Qoşunlarda itkin düşən harbçilər Azarbaycanın müstəqilliyi va ərazi bütövlüyü uğrunda aparılan mübarizənin acı, lakin şərəfli səhifələrindən biridir. Onların göstərdiyi şücaət va fədəkarlıq gələcək nəsillər üçun vətənpərvərlik nümunəsi olaraq qalacaqdır.
Daxili Qoşunlarin itkin düşmüş harbçiləri Azərbaycan cəmiyyətində qahramanlıqla va fədakarlıq nümunəsi kimi xatırlanır.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova



