Müğənni Almaxanım məhkəmədə jurnalist Əli Vəliyevə uduzdu - ÜZR İSTƏYƏCƏK

Müğənni Almaxanım məhkəmədə jurnalist Əli Vəliyevə uduzdu -  ÜZR İSTƏYƏCƏK backend

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manşet.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzublar.

Qaziler.az Lent.az-a istinadla xəbər verir ki, hökmə əsasən, müğənni jurnalistdən üzr istəyəcək.

Mövzu ilə bağlı Ə.Vəliyev deyib ki, proses bu gün baş tutub:

"Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olundu ki, Almaxanım Əhmədli təkzib verməli, üzr istəməli, haqqımda bütün yazdıqlarını silməlidir".

Baş redaktor qeyd edib ki, o, Almaxanım və Vüqar Əhmədi ona böhtan atdığı üçün məhkəməyə verib:

"Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də video çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu videodan sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi".