Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib backend

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.

"Report"un yerli bürosu xəbər verir ki, hazırda aeroportun İranın dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.

Aviareyslər planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.

Xatırladaq ki, martın 5-də İranın dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırmışdı.