Bu günədək Azərbaycan vasitəsilə 66 ölkənin vətəndaşı İrandan təxliyə olunub

Bu günədək Azərbaycan vasitəsilə 66 ölkənin vətəndaşı İrandan təxliyə olunub backend

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1797 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"Report"un əldə etdiyi məlumata əsasən, onlar 66 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 14:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə Çinin 521, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 119, Omanın 57, İtaliyanın 44, İndoneziyanın 32, İranın 21, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, Fransanın 16, Gürcüstanın 13, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 8, Böyük Britaniyanın 8, Belarus, Özbəkistan hərəsinin 7, BƏƏ, Slovakiya, Kanadanın hərəsinin 6, Serbiya, Nigeriya, Əfqanıstan, Qazaxıstan, Çexiya, İsveçrənin hərəsinin 5, Bəhreyn, İordaniya, Şri-Lanka, Yaponiya, Ukrayna, Türkiyə, Macarıstan, Belçika, Küveytin hərəsinin 4, Filippin, Qətər, Meksika, Finlandiya, Xorvatiya, Rumıniya, Banqladeşin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kiprin hərəsinin 2, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, İsveç, Almaniya, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, ABŞ-nin hərəsinin 1 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.