Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Qaziler.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevir, Şirvan, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



