8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 7-9-da DOST mərkəzləri və "DOST Çağrı Mərkəzi 142"də qeyri-iş günü olacaq.
Qaziler.az bildirir ki, bu barədə DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, mərkəzlər martın 10-dan yenidən xidmət göstərəcək.
Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u, bazarertəsi Azərbaycanda qeyri-iş günüdür.



