Naxçıvan aeroportunda bütün uçuşlar dayandırıldı

Naxçıvan aeroportunda bütün  uçuşlar dayandırıldı backend

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuşlar müvəqqəti dayandırılıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata əsasən, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır: "Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq".