İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib.
"Report"un yerli bürosunun məlumatına görə, İran ərazisindən uçan "Şahed" dronu aeroportun binasına düşərək partlayıb.
Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq əsl mahiyyətini göstərib.
İrana qarşı hərbi əməliyyatlarda öz ərazisinin istifadəsinə icazə verməyən Azərbaycan İran tərəfdən hücuma məruz qalıb.
Daha bir neçə dron isə digər yerlərə düşüb.



