“Ayrılıqdan keçən yol” sənədli filmi tamaşaçılara təqdim olunub - FOTO - VİDEO

“Ayrılıqdan keçən yol” sənədli filmi tamaşaçılara təqdim olunub -  FOTO - VİDEO backend

Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Muğam Evində “Ayrılıqdan keçən yol” adlı sənədli filmin təqdimatı keçirilib. Ekran əsəri 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan beş hərbçinin xatirəsinə həsr olunub.

Ordu.az xəbər verir ki, təqdimat mərasimi Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə RİH-in rəhbər işçiləri, yerli ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmdə Ağdam rayonunun Bağbanlar Ərazi Nümayəndəliyinə daxil olan Bağbanlar, Saybalı, İsmayılbəyli və Pirzadlı kəndlərindən olan şəhidlərin doğmaları və ailə üzvləri onların həyatı, xidmət yolu və xatirələri barədə danışırlar. Eyni zamanda, 1993-cü ildə həmin kəndlərin ermənilər tərəfindən işğalı və o dövrdə baş verən proseslərə də toxunulur.

Filmin ssenari müəllifi və rejissoru jurnalist Teymur Zahidoğludur. Sənədli film Mədəniyyət Nazirliyi tərəfindən dövlət film reyestrinə qəbul edilib və ekran əsərinə yayım vəsiqəsi verilib.