Son üç saatda İrandan Azərbaycana 30 nəfər təxliyə edilib

Son üç saatda İrandan Azərbaycana 30 nəfər təxliyə edilib backend

Martın 2-si saat 14.00-dan 17.00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsindən 10-a yaxın Çin, 15 Pakistan, 6 Azərbaycan vətəndaşı təxliyə olunub.

"Report"un məlumatına görə, təxliyə zamanı bir əcnəbiyə səhhətində yaranan problemlə bağlı yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.